• şənbə, 27 Aprel, 06:52
  • Baku Bakı 12°C

Maliyyə naziri Samir Şərifov səsvermədə iştirak edib - Fotolar

26.09.16 12:30 1629
Maliyyə naziri Samir Şərifov səsvermədə iştirak edib - Fotolar
Maliyyə naziriSamir Şərifov bu gün 36 saylı Xətai IV Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Səsvermədən sonra maliyyə nazirijurnalistlərə açıqlama verib. "APA Economics" xəbər verir ki, o, Azərbaycanınbazar iqtisadiyyatı şəraitində yaşadığını diqqətə çatdırıb. Qeyd edib ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Onun sözlərinə görə, bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir. Nazir deyib ki, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır: "Bu tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hal-hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank nəticəsində keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəltmək istiqamətində işlər görmək mümkün olub. Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək".
Trend-in məlumatına görə, maliyyə naziri gələn ilin dövlət büdcəsi layihəsində neftin qiymətinin 40 dollardan götürüldüyünü də qeyd edib: "2017-ci ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 1 barelə görə 40 dollar səviyyəsində götürülüb. 2017-ci ildə SOFAZ-dan dövlət büdcəsinə transfertlər 1,5 milyard manat azaldılacaq"
S.Şərifov onu da əlavə edib ki,2017-ci ildə SOFAZ-dan dövlət büdcəsinə transfertlər 1,5 milyard manat azaldılacaq.




banner

Oxşar Xəbərlər