• cümə axşamı, 09 may, 02:21
  • Baku Bakı 15°C

Lukaşenko prezident İlham Əliyevi təbrik edib

12.04.18 10:05 515
Lukaşenko prezident İlham Əliyevi təbrik edib
Belarus prezidenti Aleksandr Lukaşenko seçkilərdə yenidən qələbə qazanması münasibətilə Azərbaycan prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. Təbrik məktubunda deyilir:

"Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycan quruculuğuna yönəlmiş kursla yüksək həmrəyliyini göstərir. Əminəm ki, sizin dövlət başçısı kimi məsuliyyətli vəzifədə fəaliyyətiniz ölkənin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluğunun hərtərəfli inkişafına kömək edəcək”.

A. Lukaşenko İ. Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutduğu planlarının reallaşmasına uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər