• cümə, 26 Aprel, 11:10
  • Baku Bakı 12°C

Lord David Evans: "Səsvermə yaxşı təşkil olunmuşdu"

12.04.18 11:15 693
Lord David Evans: "Səsvermə yaxşı təşkil olunmuşdu"
"Azərbaycan xalqı prezident seçkilərində böyük fəallıq göstərdi".
APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, Böyük Britaniya müşahidə missiyası7 seçki məntəqəsinə baş çəkib: "Məntəqələrdə səsvermə prosesi yaxşı təşkil olunmuşdu".
Britaniyalı müşahidəçi qeyd edib ki, seçki prosesinin idarə olunması bütün seçki məntəqələrində eyni olub: "Biz seçki məntəqələrində olanda proseslər açıq və şəffaf keçirilmişdi".
banner

Oxşar Xəbərlər