• şənbə, 27 Aprel, 04:15
  • Baku Bakı 14°C

Ölkəmizin təbliği ilə bağlı xaricdə 48 tədbir keçirilib

16.01.14 16:10 1290
Ölkəmizin təbliği ilə bağlı xaricdə 48 tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-ci il 1-ci maliyyə yardımı müsabiqəsində maliyyələşən “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlər” istiqaməti üzrə 14 təşkilat tərəfindən ümumilikdə 48 tədbir keçirilib.
Belə ki, Türkiyə (7 layihə), Belarus, ABŞ, İtaliya, Almaniya, Rumıniya, İngiltərə, Ukrayna kimi ölkələrdə 54 nəfər layihələrdə çalışıb, 2594 nəfər isə layihələrdən bəhrələnib. Bir təşkilat tərəfindən isə 2014-cü il fevral ayında Almaniyada Xocalı soyqırımına həsr edilən tədbir keçiriləcək. Şuranın katibliyinin məsləhətçisi Tural Hüseynlinin verdiyi məlumata görə, “Əsgər Ailəsi” Xeyriyyə Cəmiyyəti Azərbaycan və Qarabağ həqiqətləri haqqında İzmir şəhərində görüşlər və debatlar keçirib, “Soyqırım” adlı kitab nəşr edilib. Qarabağ Azadlıq Təşkilatı - “Qarabağ müharibəsi. Qısa tarix” adlı kitab nəşr etdirib, İstanbul, Çanaqqala, Ankara, Gümüşxana, Qars, İğdır şəhərlərində konfranslar, görüşlər keçirib. Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyinin rus dilində hazırladığı “Rezultatı armyanskoy aqressi” adlı buklet və sənədli film Qrodno şəhərində ictimaiyyətə təqdim edilib.
Bundan əlavə, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi (ABŞ), Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti İctimai Birliyi (Rumuniya), Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (İngiltərə) və s. təşkilatlar müxtəlif tədbirlər keçiriblər.

banner

Oxşar Xəbərlər