AZE | RUS | ENG |

Ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün yaxşı vasitə

Ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün yaxşı vasitə
Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ilə böyüyən auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Azərbaycan həqiqətən öz zəngin tarixi və ənənələrinə görə dünyada gözəl ölkələrdən biridir. Artıq 10 ildir ki, bu festival Azərbaycanın dilbər guşəsində, füsunkar təbiəti olan Qəbələdə keçirilir. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən və gözəl ənənəyə çevrilən Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib.

Builki festivalın bir neçə əlamətdar hadisə ilə yadda qalacağını vurğulayan festivalın bədii rəhbəri deyib: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, həmçinin dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi geniş qeyd edilir. Festival çərçivəsində dahi bəstəkar yad edilir, onun ölməz əsərləri səsləndirilir. Açılış mərasimində musiqisevərlər Qara Qarayevin və onun tələbələrinin əsərlərini dinlədilər. Konsertlərdən biri də dahi bəstəkarın yaradıcılığına həsr olunacaq. Festivalın konsertlərində, həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarları Fikrət Əmirovun, Cövdət Hacıyevin, Arif Məlikovun və digərlərinin əsərləri səsləndirilir. Onları da yada salırıq. İnanırıq ki, festivalın konsertləri musiqisevərlərə yenə də unudulmaz anlar, xoş təəssüratlar bəxş edəcək”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191