AZE | RUS | ENG |

Ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində ciddi işlər görülür

Ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində ciddi işlər görülür
Ölkə başçısının "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı ciddi işlər görülür. Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması tapşırılıb. Sərəncamın sözügedən bəndinin icrası məqsədilə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılıb.
Ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara Nazirlik tərəfindən müvafiq məktublar göndərilərək sözügedən Konsepsiya ilə bağlı təkliflərini təqdim etmək xahiş olunub.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.
Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bir sıra müsabiqələrin keçirilməsi nəzərdə tutulub. İlkin olaraq bu günlərdə tammetrajlı bədii film ssenariləri müsabiqəsinin elan olunması istiqamətində iş aparılır.
Nazirlik rəsmisinin sözlərinə görə, növbəti mərhələdə qısametrajlı bədii filmlər, eləcə də sənədli və cizgi filmlərlə bağlı müsabiqələrin, gənc kinematoqrafçılara dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.
İlkin mərhələdə elan olunacaq bədii film müsabiqəsində hər hansı janr məhdudiyyəti olmadan vətənpərvərlik, milli mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də, müasir həyatın digər prioritet mövzularında ssenarilər iştirak edə biləcək.
İntiqam Hümbətov deyib ki, müsabiqəyə təqdim olunan ssenarilər əsasən tanınmış kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
"Sərəncama əsasən ölkədə film istehsalını yüksək səviyyədə təmin etmək məqsədilə dövlət kino müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində də işlərin görülməsi nəzərdə tutulub”,- deyə Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vurğulayıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775