• cümə, 26 Aprel, 21:23
  • Baku Bakı 22°C

“Leyla Yunus ermənidir”

27.06.14 11:03 1199
“Leyla Yunus ermənidir”
Bu iddia ilə Yeni Azərbaycan Partiyasının icra katibinin müaini, deputat Siyavuş Novruzov çıxış edib.
S.Novruzov prezident İlham Əliyevin AŞ PA-dakı çıxışını şərh edərək bildirib ki, orada prezidentə verilən suallar hansısa məntiqə deyil, erməni deputatlar tərəfindən yazılıb verilən, o cümlədən mənşəcə erməni olan Leyla Yunus tərəfindən təqdim olunan qondarma hesabata əsaslanıb: "Leyla Yunus mənşəcə ermənidir. Bundan başqa, buradan guya mühacirət adı ilə gedib Avropada yaşayan və guya nəyəsə etiraz edənlərin bir qismi əslən ermənidirlər. Bizim əlimizdə faktlar var. Onlar gedib orda hətta bildirirlər ki, məhz erməni olduqları üçün Azərbaycanda sıxışdırılırlar. Təbii ki, Azərbaycan prezidentinin xalqın və dövlətin mövqeyindən məntiqlə çıxış etməsi o cür insanlara sərf etməyəcək”./apa/
banner

Oxşar Xəbərlər