AZE | RUS | ENG |

Leyla Əliyevanın şeirlər toplusu Moskvada satışa çıxarılıb

Leyla Əliyevanın şeirlər toplusu Moskvada satışa çıxarılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyavanın şeirlər toplusu Moskvada satışa çıxarılıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "366 gün sevgi. Qış. Yaz. Yay. Payız" («366 дней любви. Зима. Весна. Лето. Осень.») adlı şeirlər toplusunun paytaxtın kitab mağazalarında satışına başlanılıb.
 
Şeirlər toplusunda müəllif Leyla Əliyeva oxucularına müraciətində bildirib: "Əziz oxucu, çox sağol ki, bu kitabı əllərində tutursan. Qoy sənin hər günün, hər anın ilboyu günəşli olsun!
 
Bu sətirlərdə mənim həyata olan sevgim var. Bu sevgini sənə hədiyyət etmək istəyirəm!
 
Sizə sevgi arzulayıram. Qoy, heç zaman sevgi sizi tərk etməsin!"
 
Qeyd edək ki, dörd cildlik şeirlər toplusunda Leyla Əliyevanın 2016-2017-ci illərdə qələmə aldığı şeirlər yer alıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001