• çərşənbə axşamı, 19 mart, 07:18
  • Baku Bakı 8°C

Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutunda olub

26.04.17 09:50 1195
Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutunda olub
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Leyla Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə və Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının kollektivi ilə görüşüb. Görüş zamanı ekologiya, təbiəti mühafizə, müxtəlif ekoloji sistemlərin bir-birindən asılılığı problemləri mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Leyla Əliyeva görüş iştirakçılarına "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin – IDEA-nın (International Dialogue for Environmental Action) və AMOR-un fəaliyyətindən danışıb.
Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən tələbələr qonaqlara Məcid Şamxalovun "Qaynana” pyesinin motivləri əsasında eyniadlı tamaşanı təqdim ediblər. Tələbələr Müslüm Maqomayevin "Mavi əbədiyyət” ("Sinyaya veçnost") mahnısını və Azərbaycan milli rəqslərini ifa ediblər.
Leyla Əliyeva tamaşaya görə tələbələrə təşəkkür edib: "Tamaşa məndə çox güclü təəssürat oyatdı, qürur və sevinc hissləri keçirdim, özümü xoşbəxt hiss etdim”. Leyla Əliyeva yeni şeirlərini oxuyaraq institutun kollektivinə özünün "Ulduzlar pillə-pillə düzülsəydi səmaya” ("Если бы звезды ступеньками стали”) şeirlər toplusunu hədiyyə edib.
İnstitutun fəxri prezidenti, MDU-nun professoru Mixail Meyer instituta gəldiyinə görə Leyla Əliyevaya təşəkkür edib. O, Azərbaycan dilini öyrənən tələbələrin təhsilində Heydər Əliyev Fondunun rolunun olduğunu bildirib.
Qeyd edək ki,Heydər Əliyev FonduMoskva Dövlət Universiteti nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutu ilə sıx əməkdaşlıq edir. Fond tərəfindən bir neçə il bundan əvvəl instituta linqafon kabineti hədiyyə edilib. İnstitutun ən yaxşı tələbələri isə Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək imkanı qazanıblar.
banner

Oxşar Xəbərlər