• şənbə, 27 Aprel, 05:43
  • Baku Bakı 14°C

Lənkəranda qəzalı vəziyyətdə olan binaların təmirinə 7,5 milyon manat ayrılıb

07.06.17 18:27 1365
Lənkəranda qəzalı vəziyyətdə olan binaların təmirinə 7,5 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevLənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər