• şənbə, 27 Aprel, 06:18
  • Baku Bakı 12°C

Lavrovdan Xəzərin statusu ilə bağlı Bəyanat

22.04.14 12:36 1134
Lavrovdan Xəzərin statusu ilə bağlı Bəyanat
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskvada keçirilən toplantısında deyib.
S. Lavrov bildirib ki, 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti zamanı dövlət başçıları Xəzərin hüquqi statusunun müəyyənləşməsi sahəsində bir sıra konkret vəzifələr müəyyənləşdiriblər. Bu vəzifələr akvatoriyanın delimitasiyasının perimetrlərinin işlənib hazırlanmasını, Xəzərdə təhlükəsizliyə dair sazişin həyata keçirilməsinə başlanmasını, nərəkimilərin ovlanmasına moratorium qoyulması üçün mexanizmin hazırlanmasını və müvafiq komissiyanın statusunun yüksəldilməsini nəzərdə tutur. S. Lavrov əlavə edib ki, nazirlərin görüşündə bu tövsiyələrin həyata keçirilməsinin gedişi müzakirə olunacaq və əsas istiqamətlər müəyyənləşəcək: “Aydın olan budur ki, hamıya aid olan ümumi Transxəzər gündəmi qarşılıqlı fəaliyyət mexanizminin möhkəmlənməsini və mümkündürsə, aparılan işlərin effektivliyini yüksəltmək məqsədilə danışıqlar üçün yeni müstəvilərin yaradılmasını diktə edir”.
Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin xarici işləri nazirlərinin konfransı keçirilir./apa/
banner

Oxşar Xəbərlər