• cümə, 26 Aprel, 09:34
  • Baku Bakı 12°C

Latviyanın sabiq prezidenti: Azərbaycan regionda sabitliyin qorunmasında böyük rol oynayır

28.12.17 10:15 461
Latviyanın sabiq prezidenti: Azərbaycan regionda sabitliyin qorunmasında böyük rol oynayır
Azərbaycan regionda sülh və sabitliyin qorunmasında böyük rol oynayır.
Bunu Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya prezidenti olmuş Vayra Vike-Freyberqa deyib.
Onun sözlərinə görə, Azərbaycan Qafqazda əhəmiyyətli geosiyasi yer tutur və regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır.
Vike-Freyberqa qeyd edib ki, Azərbaycan neft istehsalçısı kimi təbii sərvətlərdən əldə etdiyi gəlirləri öz infrastrukturunu nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmağa və xalqın rifahının yüksəldilməsinə yönəldib.
Daha sonra o, Azərbaycanda hökm sürən bənzərsiz tolerant mühit barədə danışıb: "Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycan dini etiqad azadlığı və müxtəlif konfessiyaların tolerant, sülhpərvər birgə yaşam tərzini qoruyan dünyəvi dövlət olaraq seçilir".
Sabiq prezident vurğulayıb ki, sürətlə və uğurla müasirləşən Azərbaycan üçün təhsil dövlətin əsas prioritetləri sırasındadır: "Beləliklə, ölkə öz əhalisinin sürətlə dəyişən dünyanın tələblərinə uyğun inkişafını və tərəqqisini təmin edir."
banner

Oxşar Xəbərlər