• şənbə, 27 Aprel, 05:06
  • Baku Bakı 14°C

Konqres üzvü 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

23.02.18 09:50 425
Konqres üzvü 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib
ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn20 YanvarvəXocalıfaciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, ABŞ Konqres üzvü Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin20 yanvartarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.
Konqres üzvü həmçininXocalıda həlak olmuş insanların xatirəsini yad edərək, həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu qeyd edib.
Konqres üzvü sonda planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər