AZE | RUS | ENG |

“Koçaryan işi” ilə bağlı daha bir yenilik

“Koçaryan işi” ilə bağlı daha bir yenilik
Baş nazirin “məhkəmələrə hücum” qərarı hakim blokda parçalanmaya səbəb olub

Ermənistan sabiq prezidenti Robert Koçaryan, baş nazirin keçmiş müavini Armen Gevorkyan, Seyran Ohanyan və Yuri Xaçaturova qarşı qaldırılan cinayət işlərinə məhkəmənin qərarı ilə son qoyulub. Bütün bu işlər Konstitusiya Məhkəməsinə göndərilib. Bunu "armtimes.com”un əməkdaşı ilə söhbətində vəkil İnessa Petrosyan da təsdiqləyib. O bildirib ki, məhkəmədən zəng edib qərarla bağlı məlumat veriblər. Lakin işin hansı əsasda dayandırıldığı bildirilməyib. 1in.am saytı qərarı qalmaqallı adlandırıb və faktiki olaraq bunu məhkəmə hakimiyyətinin əks-inqilabla birləşdiyi mənasına gəldiyi bildirilib. Hətta bu qərar köhnə sistemin bərpası kimi qiymətləndirilib. "İndi bu məsələni geniş şəkildə müzakirə etmək olar – necə olur ki, inqilabdan bir il sonra qəsdçi çevriliş planı reallaşdı”, - deyə məqalədə bildirilir. Müəllif yazır ki, ilk baxışda problemin kökü xeyli dərinliklərdədir: "Ermənistan mina üzərində oturmuş vəziyyətdədir”. Artıq yayılan xəbərlərə görə, Ermənistanda güc strukturlarına məhkəmə hakimlərinin istefa ərizəsi yazmaları ilə bağlı təzyiq göstərmələri tapşırılıb. Bu barədə "Jamanak” yazıb. Bildirilib ki, hakimlərə daşınan və daşınmaz əmlakları ilə bağlı təzyiq edilməsi nəzərdə tutulub: "Ancaq hakimlər də mal-mülklərini öz adlarına sənədləşdirəcək dərəcədə sadəlövh deyillər”. Qəzetin yazdığına görə, baş nazir Nikol Paşinyanın çağırışı əsasında könüllü olaraq tutduğu vəzifədən istefa verəcək bir neçə hakim tapmaq lazımdır. 
"İrates” qəzeti isə yazır ki, Paşinyanın "məhkəmələrə hücum” qərarı hakim blokda parçalanmaya səbəb olub: "Bizim məlumatlara görə, bu məsələ ətrafında hakimiyyət daxilində ciddi fikir ayrılıqları yaranıb. Opponentlərin sözlərinə görə, Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb. Bunu sübut edən Paşinyanın çağırışı ilə küçələrə az sayda insanın çıxması olub. Lakin hakimiyyət "qanadı” bəyan edib ki, bu qərarın nəticələri gələcəkdə daha ağrılı ola bilər. Lakin Paşinyana səs-küy lazım idi və o da bunu təmin etdi”. "Ermənistan hakimiyyət orqanları qanunun aliliyinə və hakimiyyətin bölgüsünə hörmətlə yanaşmalıdırlar”. Bu sözləri isə Avropa Xalq Partiyasının lideri Jozef Dol bildirib. Onun sözlərinə görə, hakimiyyət Ermənistanda məhkəmə sistemində köklü islahatları təmin etməlidir.
"Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Naira Zohrabyan də bu qənaətdədir ki, Paşinyanın qərarı Ermənistanın beynəlxalq mövqeyinə ciddi zərbədir və təsadüfi deyil ki, beynəlxalq təşkilatlar baş verənlərə sərt qiymət veriblər. Onun sözlərinə görə, məhkəmə və hüquq sistemi ciddi inqilabi dəyişikliklərə ehtiyac duyur. Lakin məhkəmələrin mühasirəyə alınması anti-konstitusuon bir qərardır və buna yol vermək olmaz.
Öz növbəsində ABŞ-ın "EurasiaNet” nəşri də Ermənistandakı prosesləri araşdırıb. Nəşrə açıqlamasında Birminhem Universitetindən olan politoloq Gevork Oskanyan bildirib ki, baş nazirin məhkəmə hakimiyyətinə qarşı atdığı addımlar yolverilməzdir. Nəşr yazır ki, ən mühüm olan odur ki, Paşinyan baş verənlərdə Dağlıq Qarabağın separatçı hakimiyyətini günahlandırıb. Onu aprel hadisələrindəki məğlubiyyətdə ittiham edib.
O da bildirilir ki, Ermənistanda tezliklə 2016-cı ilin aprelində Qarabağda gedən dörd günlük müharibə ilə bağlı bütün xüsusatları araşdırmaq üçün parlament istintaq komissiyası qurulacaq. Bu barədə jurnalistlərlə söhbətində hakim "Mənim addımım” blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts deyib. 2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatların araşdırılması üçün parlament komissiyası yaradılacağı haqda həftənin əvvəlində baş nazir N.Paşinyan Yerevanda tərəfdarları qarşısında demişdi. Paşinyanın bu bəyanatı "Qarabağ klanı”nın Ermənistanın indiki hakimiyyətinə qarşı hücumlarına cavabdır. Lilit Makunts parlament komissiyasının təhqiqat predmetinin məhz hansı məsələlər olacağını aydınlaşdırmayıb. Lakin məlumdur ki, aprel müharibəsi Ermənistan ordusunun nə dərəcədə acınacaqlı və rüsvayçı durumda olduğunu üzə çıxarmışdı. "Azadlıq” radiosunun erməni xidmətinin bildirdiyinə görə, Lilit Makunts xüsusi istintaq komissiyasının parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının rəhbəri, "Mənim addımım” fraksiyasının üzvü Andranik Koçaryanın rəhbərliyi ilə qurulacağını deyib. Çünki parlamentin reqlamentinə görə, müdafiə və təhlükəsizlik məsələləri üzrə istintaq komissiyası ancaq bu daimi komissiya tərəfindən qurula bilər. "Çiçəklənən Ermənistan” fraksiyasından deputat Nairi Zohrabyan isə deyib ki, istintaq komissiyasının yaradılması onlarla müzakirə edilməyib. Amma belə təşəbbüs olsa, onlar əleyhinə olmayacaqlar. Zohrabyan bildirib ki, o, komissiyanın aprel müharibəsi zamanı ön xətdə patronların və dizel yanacağının çatışmaması, habelə bölmələrin müasir təchizat vasitələrinin olmaması kimi məsələləri araşdırmasını istərdi. "Mən anlaya bilmirəm, nəyə görə generallar Ermənistanda ən varlı və ən elitar təbəqəyə çevriliblər”- deyə Zohrabyan sual edib. Komissiya dövlət orqanlarına sorğular verə və zəruri informasiyaları toplaya biləcək və bunların əsasında təhqiqat aparılıb yekun məruzə hazırlanacaq. Həmin məruzə əsasında sonrakı addımlar müəyyən ediləcək. Bəri başdan təxmin etmək olar ki, Paşinyanın qurduğu bu komissiya "Qarabağ klanı”nın bir çox nümayəndələrinin, o cümlədən Dağlıq Qarabağdakı rejimin hərbi-siyasi rəhbərliyinin xeyrinə işləməyəcək.
 
Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933