• şənbə, 27 Aprel, 03:27
  • Baku Bakı 14°C

Köln şəhərində elmi forum keçirilib

24.11.19 17:30 640
Köln şəhərində elmi forum keçirilib
Almaniyanın Köln şəhərində "Alumniportal Aserbaidschan” onlayn platformasının təşkilatçılığı və "İRKAZ”ın dəstəyi ilə elmi forum keçirilib.
AZƏRTACxəbər verir ki, "Alumniportal Aserbaidschan” layihəsinin təsisçiləri Samir Həsənov və Asif Məsimov onlayn platformanın təqdimatını edərək azərbaycanlıların Almaniyadakı diaspora fəaliyyətindəki problemlər, onların həlli yolları, istiqamətləri və tətbiq sahələri, həmçinin ümumi strategiyanın inkişafına həsr edilmiş məruzə ilə çıxış ediblər. Almaniyanın fərqli əyalətlərindən olan 40 iştirakçıya onlayn platformanın fəaliyyəti, nəticələri və gələcək məqsədləri haqqında məlumat verilib.
Daha sonra Vikipediya mütəxəssisi Matti Blume məruzə ilə çıxış edib. O, öz çıxışında tədbir iştirakçılarını Vikipediyanın struktur, davranış qaydaları və onlayn ensiklopediyanın müsbət cəhətləri haqqında məlumatlandırıb. Məruzənin əsas hissəsində informasiya müharibəsində vikipediya üzərindən təsir imkanlarına geniş yer ayrılıb.
Sonuncu məruzəçi Yohannes Henrih öz çıxışında Almaniyada fəaliyyətin göstərən Azərbaycan Diasporunun uğurlu nəticələrinin əldə edilməsi üçün rasional və uzunmüddətli strategiyanın formalaşmasının zəruriliyini vurğulayıb.
Bütün məruzələr qarşılıqlı fikir mübadiləsi formatında davam edib və yerdən bir sıra maraqlı təkliflər irəli sürülüb. Eyni zamanda qeyd etmək lazımdır ki, tədbirin sonunda "Alumniportal Aserbaidschan” onlayn platformanın gələcək işləri üçün konkret fikirlər səsləndirilib.
Tədbir iştirakçıları razılığa gəliblər ki, gələcək işlərin keyfiyyətli alınması üçün azərbaycanlılar virtual aləmdə şəbəkələşməli və mütəmadi olaraq fikir mübadiləsi aparmalıdırlar.

banner

Oxşar Xəbərlər