Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

Siyasət
09 Dekabr 2019, 12:45 248
Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək.
Bu barədə AZƏRTAC-a GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib. Görüşdə Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Ukrayna, Gürcüstan və Moldovanın Baş nazirlərinin iştirak edəcəyi görüşdə 2020-ci ildə Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr, GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafı müzakirə ediləcək.
Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.