• cümə, 26 Aprel, 13:53
  • Baku Bakı 23°C

“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb

20.02.18 14:00 800
“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi "Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi "XAN” nəşriyyatının "Milli ədəbiyyat” silsiləsində çap olunacaq.

APA-nın məlumatına görə, dastanın Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir.

"Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim ediləcək.

Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru, professorFüzuliBayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çapa hazırlanır.
banner

Oxşar Xəbərlər