• cümə, 26 Aprel, 12:19
  • Baku Bakı 23°C

Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunur

20.11.16 10:16 984
Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunur
Kiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı bu gün İsveçrədə ərazi məsələlərinə dair danışıqları bərpa edəcəklər.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşlərin iki gün davam edəcəyi planlaşdırılıb, lakin ehtiyac yaranarsa, danışıqların müddəti uzadıla bilər.
"Yeni raundun məqsədi – gələcəkdə konkret xəritədə əksini tapacaq meyarları razılaşdırmaqdır. Beləliklə, biz danışıqların növbəti, yekun mərhələsi barədə danışa biləcəyik”, - deyə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Nikos Xristodulidis bildirib.
Qeyd edək ki, Kiprin yunan və türk icmaları liderlərinin danışıqları İsveçrənin Mon-Pelerin şəhərciyində keçirilir. Danışıqların hazırkı raundu noyabrın 7-də başlayıb, lakin noyabrın 11-də Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı.
banner

Oxşar Xəbərlər