• cümə, 19 Aprel, 18:53
  • Baku Bakı 24°C

Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik

17.09.19 14:45 669
Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik
Başqa sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsi bu sahənin inkişafına təkan verə bilər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, "Kinematoqrafiya haqqında” qanun layihəsi hazırdır:
"Başqa qanunlarda nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edirik. Bunun üçün biz müvafiq dövlət orqanlarına müraciət etmişik. Çalışırıq ki, imtiyazlarla bağlı müraciətlər müsbət həll olunsun. Həmin müraciətlər müsbət həll edilərsə, qanun layihəsi çox tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq”.
banner

Oxşar Xəbərlər