AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?

Köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?

İqtisadiyyat
22 Yanvar 2021, 19:45 180
Son günlər Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqramın həyata keçiriləcəyi bildirilir. Bu gün Bakıda nəqliyyat sahəsində ən mühüm problemlərdən biri də tıxacların olmasıdır. Köhnə avtomobillərin utilizasiyasının tıxac probleminin həllində hər hansı bir rolunun olub-olmayacağı maraq doğuran məsələlərdəndir.

Kaspi.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
 
O qeyd edib ki, köhnə avtomobillərin utilizasiyasının tixacların aradan qaldırılmasına ciddi təsir göstərəcəyi gözlənilmir: "Hesab etmirəm ki, Azərbaycanda inzibati qərarlarla avtomobilləşmənin qarşısını almaq, avtomobillərin sayını azaltmaq lazımdır. Əksinə, düşünürəm ki, yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bunun nəticəsində tıxac probleminin aradan qaldırılması zərurəti var.

Utilizasiya tıxacların aradan qaldırılması deyil, daha çox ekoloji vəziyyətin düzəlməsi, ekoloji problemlərin aradan qaldırılması və avtomobil parkının yenilənməsi baxımıdan vacibdir. Eyni zamanda, qəza hallarında ölüm hallarının azalması baxımından əhəmiyyətlidir”. (Trend)