• cümə, 26 Aprel, 10:40
  • Baku Bakı 12°C

Kəndlini torpağa qaytaran, bolluq və məşğulluqu hədəfləyən islahatlar

01.08.19 10:35 8283
Kəndlini torpağa qaytaran, bolluq və məşğulluqu hədəfləyən islahatlar
Azərbaycan dövlətinin daxili siyasətinin uğurları bütün sahələrdə olduğu kimi insanların rifahının, onların gəlirlərinin və sosial təminatının yüksəldilməsi üzrə əldə olunan müsbət nəticələr digər uğurlarla yanaşı gedir, başqa sözlə, bu məqam daxili siyasətin əsas, vacib müvəffəqiyyəti kimi özünü biruzə verir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı dövlətin daxilə yönəlik siyasətinin çox parlaq bir səhifəsidir. Bu proqramın qəbulunda dövlətin nə qədər doğru qərar verdiyi az qala hər gün sübut olunur. Çünki məhz 2004-cü ildən icra olunan bu proqram, nəinki bölgələrin simasının dəyişməsinə, eyni zamanda Azərbaycanda aqrar sahənin də inkişafına təkan verib.

Prezident İlham Əliyevin neçə ildir, əyalətlərə ardıcıl səfərləri var və bu səfərlər imkan verir ki,proqramın icrası sayəsində Azərbaycanın nələrə nail olduğu konkret faktlarla qarşımızda dayansın. Dövlət başçısı İlham Əliyev sözügedən proqramda qarşıya qoyulan işlərin nəticələrinə qiymət vermək, daha doğrusu, görülən işləri məsul şəxslərdən təhvil almaq, onları vətəndaşların ixtiyarına vermək məqsədilə hər il bölgələrə ardıcıl səfərlər gerçəkləşdirir.
Proqramın icrası nəticəsində ölkədə yaşanan quruçuluq, infrastrukturun yeniləşməsi tədbirləri sonucunda bölgələrdə kənd təsərrüfatının inkişafında da dönüş yaranıb.
Başqa sözlə, hətta hər bir ucqar kəndin infrastrukturunu yaxşılaşdırmaq üçün hərəkətə keçən hökumətin əsas hədəfi, xüsusilə kənd təsərrüfatında inkişafı daha da sürətləndirməkdir. Çünki infrastuktur olmadan görülən tədbirlərin effektivliyi də aşağı olur.
Fikrimizi konkret misal üzərində qursaq, bir müddət öncə Qubanın ən ucqar kəndlərinə belə asfalt yol örtüyünün çəkildiyinin əyani şahidi oldum. Quba-Qonaqkənd yolunun, xüsusilə Təngəaltı yaşayış massivindən sonrakı hissəsində görülən işləri təqdir etməmək mümkün deyil. Həmin yol indiyə qədər, hətta Qonaqkənd 1959-cu ilə kimi rayon mərkəzi olanda belə abadlaşmayıb.Keçmiş SSRİ dönəmində də yol baxımından tale bu ərazidə yaşayan kəndlərin üzünə gülməyib.İndi həmin ərazilərə çəkilməkdə olan yolu gördükdə bir daha əmin olursan ki, hökumətin əsas hədəfi ən ucqar kəndləri belə dirçəltmək, orada aqrar sahənin inkişafına nail olmaqdır. Əvvəllər rayon mərkəzinə 2 saata qət edilən yolu yenidənqurmadan sonra ən çoxu 45 dəqiqəyə qət etmək mümkün olacaq. Bütün bunlar kənd təsərrüfatı ilə məşğul olan əhalinin öz məhsulunu rahat şəkildə, daha az xərc çəkərək bazarlara çıxarmasına imkan verəcək. Ən əsası bölgədə turizmin inkişafı üçün də əlverişli şərait yaranacaq.
Azərbaycan iqtidarının aqrar sahənin inkişafı istiqamətində gördüyü işlər təkcə infrastrukturun yenidən qurulması ilə kifayətlənmir. Bu gün kənd təsərrüfatının daha da irəli getməsi üçün bütün mümkün addımlar atılır desək, yanılmarıq.
Aqrar sahənin dayanıqlı inkişafı üçün reallaşdırılan sistemli addımlar olduqca çoxşaxəlidir. Bu əsasda ümumiləşdirmə aparsaq, buraya kənd əhalisi ilə müvafiq icra strukturu arasında intensiv ünsiyyətdən tutmuş, fermerlər üçün yaradılan imkanların əlçatanlığını, bürokratik əngəllərin aradan qaldırılması üçün atılan addımları, dövlət tərəfindən kənd təsərrüfatına göstərilən dəstəkdə şəffaflığın qorunmasını daxil etmək olar.

Son illər aqrar sahədə idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün müvafiq işlər görülüb, bu sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi sayəsində keyfiyyətcə yeni mərhələyə keçid başlanıb:
- Fermerlərə xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb.Bununla da keçmiş kənd təsərrüfatı idarələri inzibati strukturdan xidmət qurumlarına çevriliblər. Mərkəzlərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir;
- KTN nəzdində fəaliyyət göstərən 4 qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni təmin edəcək;
- Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə 2018-ci ildə AqrarKredit və İnkişaf Agentliyi yaradılıb.Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Nazirliyin dəstəyi ilə 11 fermer assosiasiyası fəaliyyətdədir;
- Fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün subsidiyaların verilməsinin yeni qaydaları hazırlanıb;
- Əlverişli aqrobiznes mühitinin, fermerlərin yerli və xarici bazarlara çıxış imkanlarının artırılması üçün Aqrar Tədarük və Təchizat Şirkəti təsis edilib. Şirkət tərəfindən "Kənddən şəhərə” satış platforması yaradılıb, davamlı olaraq müasir yarmarkalar təşkil olunur;
- Artıq bu ildən fermerlər texnikanı "Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt və 5 il faizsiz kredit tətbiq edilməklə, istədikləri şirkətdən ala bilirlər. Dövlət tərəfindən tətbiq edilən güzəştlər bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşmanın baş verməsinə gətirib çıxarıb;
- KTN fermerlərin gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməsinin, onu əlavə xərclərdən qurtarmaq üçün bu ildən gübrənin səyyar satışını həyata keçirir və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırır.
Sadalananlar, aqrar sahədə həyata vəsiqə qazanan islahatlar, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinin əsas hədəfikənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsi, insanları torpağa qaytarmaqdır. Etiraf etmək lazımdır ki, atılan addımlar bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında təsirsiz ötüşmür. Bu gün aqrar məhsulların daxili bazar təminatı və ixrac həcmi artmaqda, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənməkdədir.
Hökumət yaxşı anlayır ki, bölgə insanını asılılıqdan, dövlətin hansısa sosial yardımına ümidlənib tənbəlləşməsindən yeganə xilas yolu kənd təsərrüfatının inkişafı vasitəsilə məşğulluqun təmin olunmasıdır.
Atılan sistemli addımların, həyata keçirilən çeşidli proqramların, islahatların müsbət nəticələri görünməkdədir.Cari ilin 6 ayında ilk dəfə olaraq kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb:

- İlk yarımildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə13%artıb.Bitkiçilik məhsullarının həcmində25,6%(1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində2,9% artım(1,9 mlrd. manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda (ÜDM) payı5,6 faizə çatıb;
- 6 ayda ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb.Diri çəkidə ət istehsalı3%, süd istehsalı2%, yumurta istehsalı4,5%, yun istehsalı0,8%artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub;
- Cari ilin1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb.Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60,0% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33.2 sent/ha, arpanın məhsuldarlığı isə 29.9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq2,3 sent/ha və 2,2 sent/ha çoxdur;
- Yanvar-iyun aylarında respublika üzrə 636.6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə24%çoxdur;
- İlin 6 ayı ərzində411,8 milyon ABŞ dollarıhəcmində kənd təsərrüfatı məhsulları ixrac olunub.Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən27,9%artıb.

Aqrar sahədə olan bir sıra çatışmazlıqların aradan qaldırılmasında isə elektron kənd təsərrüfatı sistemi mühüm rol oynayacaq.Sistem dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək, subsidiyaların verilməsində şəffaflıq və çeviklik təmin olunacaq. Fermerlər mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan edəcəklər. Elektron sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin düzgün proqnozlaşdırılmasını asanlaşdıracaq. Bu günə qədər 300 mindən çox fermer sistemdə qeydiyyatdan keçib.
Bundan başqa, həyata keçirilən digər vacib islahat tədbiri yeni subsidiya sistemidir.Tətbiqi üçün hazırlıq işlərinin həyata keçirildiyi yeni sistem gələn ilin yanvar ayından tam işlək vəziyyətdə olacaq və artıq subsidiyalar yeni sistemlə veriləcək. Yeni sistem məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Eyni zamanda, aqrar sahədə ixrac potensialının gücləndirilməsinə imkan verəcək.
Elman BABAYEV
banner

Oxşar Xəbərlər