• cümə, 26 Aprel, 09:09
  • Baku Bakı 12°C

Keçmiş səfir Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib

06.03.14 15:35 1377
Keçmiş səfir Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
APA-nın məlumatına görə, Azərbaycan prezidentinin sərəncam ilə Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunub.
Təhsil Nazirliyi də Sumqayıt Dövlət Universitetinə yeni rektorun təyin edilməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor-tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri olub.
2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən təhsil nazirinin müşaviri vəzifəsində işləyib. 2013-cü ilin dekabrın 16-dan SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və müvəqqəti olaraq bu ali məktəbin rektoru vəzifəsini icra edib.
banner

Oxşar Xəbərlər