• şənbə, 27 Aprel, 04:34
  • Baku Bakı 14°C

«Kaspi» qəzeti «Məmməd Araz-80» müsabiqəsi ilə bağlı yazıların dərcinə başladı

29.07.13 13:11 1885
«Kaspi» qəzeti «Məmməd Araz-80» müsabiqəsi ilə bağlı yazıların dərcinə başladı
«Kaspi» qəzeti görkəmli şair Məmməd Arazın bu il keçiriləcək 80 illik yubileyi ərəfəsində şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsi elan edib.
Şərtlərə görə, müsabiqəyə təqdim oluna yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə «Kaspi» qəzetində dərc olunacaq, daha sonra isə şairin yubileyi ərəfəsində çıxacaq kitaba daxil ediləcək.
Artıq iyulun 30-dan başlayaraq müsabiqəyə təqdim olunan yazıların qəzetdə dərcinə start verilib
Xatırladaq ki, müsabiqəyə, həmçinin şairlə bağlı xatirələr, bu vaxta kimi dərc olunmamış şeirləri də qəbul olunur.
Aprelin 1-dən start götürən müsabiqəyə yazıların qəbulu sentyabrın 1-də başa çatır.
Müsabiqədə I yerin sahibinə 2000 manat, II yeri (2 mükafat) tutanların hər birinə 1000 manat, III yer (3 mükafat) qazananların hər birinə isə 500 manat məbləğində pul mükafatları təqdim olunacaq.
Məqalələr «Kaspi» qəzetinin elektron ünvanına göndərilə və ya müəlliflər tərəfindən şəxsən təqdim oluna bilər.
banner

Oxşar Xəbərlər