• cümə axşamı, 18 aprel, 18:01
  • Baku Bakı 21°C

Kaspi liseyinin növbəti uğuru - Fotolar

22.06.19 17:35 7441
Kaspi liseyinin növbəti uğuru - Fotolar
ABŞ-ın Nyu York ştatının Osveqa şəhərində hər il keçirilən GENİUS Olimpiadasında Kaspi liseyinin şagirdləri növbəti böyük bir uğura imza atıblar, beləki şagirdlərimiz adı çəkilən olimpiadada 3 qızıl və 3 bürünc olmaqla 6 medal qazanıblar. Bu il 17 – 21 iyun tarixləri arasında keçirilən olimpiadaya 79 ölkə və əlavə olaraq ABŞ-ın 40 əyalətindən olan 1400-dən çox şagird iştirak edirdi. 6 fərqli kateqoriyada yarışan şagirdlər qızıl, gümüş və bürünc medal uğrunda gərgin mübarizə aparırdılar.

Kaspi liseyi bu yarışda robotika kateqoryasında 6 nəfərdən ibarət 2 komanda ilə iştirak edirdi. Olimpiyadada vətənimizi uğurla təmsil edən Kaspi liseyinin 2 komandasından biri bürünc, digəri isə qızıl medal qazanmışdır.

Qeyd etmək istərdik ki, bu RoboKaspi komandasının bəhsi gedən yarışda 3-cü çıxışıdır. İlk dəfə 2017-ci ildə yarışa qoşulan komandamız başqa layihələr üzrə qızıl medal qazansalar belə, robotika üzrə yalnız bürünc əldə edə bilmişdilər. 2018-ci ildə Genius olimpiadasında 2-ci qızıl medalını qazanan liseyimiz yenə də adı çəkilən kateqoriya üzrə bürünc medal qazana bilmişdi. Nəhayət əldə olunan təcrübələrlə bu il robotika kateqoriyası üzrə arzuladığımız qızıl medalı qazana bildik. 5 illik fəaliyyəti müddətində Beynəlxalq olimpiadalarda bu yarışa qədər 94 medal qazanmış Kaspi Liseyi, yeni uğuru ilə medallarının sayını 100-ə çatdırmışdır.

Bu uğurlu nəticəyə görə başda Kaspi Təhsil Şirkətinin rəhbərliyini, liseyimizin müəllim heyətini, xüsusilə Kamran müəllimi, valideynlərimizi və şagirdlərimizi təbrik edirik. Bu möhtəşəm qələbə ilə bizə böyük bir sevinc yaşadan olimpiadaçılarımıza və beynəlxalq yarışlarda uşaqların uğurlu çıxışlarında böyük pay sahibi olan, liseyimizin direktor müavini Sahil müəllimə dərin təşəkkümüzü bildiririk. Medalçılarımızı sizinlə tanış edirik.

Qızıl medal qazanan şagirdlərimiz:

1. Əzizağa Hüseynov – 10-cu sinif şagirdi
2. Əli Quluzadə - 10-cu sinif şagirdi
3. Əbülfəz Rəsulzadə- 8-ci sinif şagirdi

Bürünc medal qazanan şagirdlərimiz:

1. Hüseyn Nadirov – 8-ci sinif şagirdi
2. Fərhad Süleymanzdə - 8-ci sinif şagirdi
3. Hüseyn Rəsulzadə - 9-cu sinif şagirdi

Siz də Kaspi ilə yeni uğurlara imza atın!





banner

Oxşar Xəbərlər