AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Karantin qaydalarını pozanlar ictimai nəqliyyata mindirilməməlidir"

Cəmiyyət
23 May 2020, 17:38 138
"Çox təəssüf ki, koronavirusa yoluxmaların dinamikası mənfiyə doğru gedir. Bunun da kökündə bəzi vətəndaşların karantin rejiminin tələblərinə məsuliyyətsiz yanaşması dayanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov dayanır.
O bildirib ki, hər kəs tibbi maska taxmalı, sosial məsafəni gözləməli, şəxsi gigiyena qaydalarına riayət etməlidir.
Deputat söyləyib ki, vətəndaşların tibbi maskadan istifadə etməsi bir nömrəli məsələdir: "Xüsusilə də ictimai yerlərdə, ictimai nəqliyyatda bunlara ciddi əməl edilməlidir. Amma çox təəssüf ki, son dövrlər ictimai nəqliyyatda hərəkət edənlərə baxdıqda sanki koronavirus infeksiyasının olmadığını görürsən. Amma, gündəlik virusa yoluxanların sayındakı artım bunun əksini deyir”.
A.Badamov qeyd edib ki, karantin rejimin qayda və tələblərini pozanlar cərimə olunmalı, hətta ictimai nəqliyyata mindirilməməlidir: "Avropa ölkələrinin vətəndaşlarına baxdıqda, bizdə biganəlik və məsuliyyətsizliyin daha çox olduğunu görmək mümkündür. Məsələn Almaniyada insanlar şüurlu şəkildə sosial məsafəni gözləyir, mütləq şəkildə tibbi maskadan istifadə edirlər. Bu baxımdan hesab edirəm ki, hər şeydən öncə insanlarımızda düşüncə və müasir baxışlı şüur tərbiyə olunmalıdır. Güc və inzibati tənbeh tədbirlərinin tətbiqi və ya sərtləşdirilməsi çıxış yolu deyil. Çıxış yolunu insanların maariflənməsinə daha çox yer verilməklə yeni şüurun tərbiyyə olunmasında görürəm”.