• şənbə, 27 Aprel, 03:21
  • Baku Bakı 14°C

Kamal Abdullayev: "“İslam Həmrəyliyi İli” “Multikulturalizm İli”nin məntiqi davamıdır"

13.01.17 18:40 1458
Kamal Abdullayev: "“İslam Həmrəyliyi İli” “Multikulturalizm İli”nin məntiqi davamıdır"
2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsini "Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. "Multikulturalizm İli” bizə bir tərəfdən multikultural ənənələrin işıqlandırılmasına imkan yaratdısa, digər tərəfdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yol açdı.
AZƏRTACxəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət müşaviri qeyd edib ki, "İslam Həmrəyliyi İli”nin elan edilməsi İslam dünyasında baş verən proseslərə nizam gətirmək arzusu ilə bağlıdır. Biz "İslam Həmrəyliyi İli”ndə həm İslam daxilində, həm də İslam aləmi ilə digər konfessiyalar arasında olan həmahəngliyi görmək istəyirik. İslam həmrəyliyi, əlbəttə ki, təkcə İslam aləmi içərisindəki həmrəyliyi nəzərdə tutmur. İslam həmrəyliyi dedikdə həm də İslam aləmi ilə digər konfessiyalar arasında həmahəngliyi, harmoniyanı görə bilərik və bunu belə qəbul edə bilərik. Bu, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır.
banner

Oxşar Xəbərlər