• şənbə, 27 Aprel, 07:06
  • Baku Bakı 12°C

“Kalsium xlorid“in satışına və istifadəsinə qadağa qoyulub

28.04.15 08:54 6306
“Kalsium xlorid“in satışına və istifadəsinə qadağa qoyulub
Səhiyyə Nazirliyi son günlər bir sıra sosial şəbəkələrdə "Kalsium xlorid" 5%-li 100 ml məhlul dərman vasitəsinin istifadəsi zamanı ölüm hallarının baş verməsi barədə yazılan məlumatlarla bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli APA-ya açıqlamasında istehsal olunmuş bu preparatın hər hansı bir ölüm halına və ya başqa neqativ bir hala səbəb olması haqda məlumatların əsassız olduğunu deyib. Bununla yanaşı, A. Qədirli "AzərFarm" Ltd şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı istifadə müddəti 01.2017-ci ilədək olan "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciət olunduğunu qeyd edib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş məlumat əsasında müvafiq sərəncamla "AzərFarm" Ltd şirkətinin istehsal etdiyi adı çəkilən dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyub və əczaçılıq şəbəkəsindən yığılmasını tam təmin edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda "Pereqidrol" (30%) və "Kalsium xlorid" dərmanlarına etiketlərinin səhv vurulması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, bu səhv nəticəsində 2 uşaq ölümü qeydə alınıb.
banner

Oxşar Xəbərlər