AZE | RUS | ENG |

Kadr islahatları da aparılacaq

Kadr islahatları da aparılacaq
"Sözsüz ki, yeni yaranan Mədəniyyət Nazirliyində kadr islahatları da aparılacaq".
 
Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaranan Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri barədə danışarkən deyib.
 
Nazir hesab edir ki, Azərbaycan mədəniyyəti ölkəmizə çoxsaylı qonaqların cəlb olunmasına, Azərbaycana hörmət qazandırmağa layiq olan bir sahədir. Mədəniyyət sahəsi həmişə həm Azərbaycan xalqının mənəviyyatına, həm də onun təbliğ olunmasına xidmət edəcək.

Ə.Qarayev bildirib ki, yeni yaranan Mədəniyyət Nazirliyi öz fəaliyyət istiqamətlərini dəyişdirməyəcək: "Biz öz fəaliyyət istiqamətlərimizi demək olar ki, dəyişdirmirik. Biz öz işimizi davam etdiririk. Sadəcə indi turizm sənayesi artıq iqtisadi sahə kimi idarə olunacaq. Bu gün Azərbaycan turizm sənayesi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət Nazirliyinin funksiyaları sözsüz ki, fərqli xarakter daşıyır. Sözsüz ki, mədəniyyət işçiləri Azərbaycan mədəniyyətinin tanıdılması, turistlərin cəlb olunması üçün fəaliyyətini davam etdirəcək. Biz turistlərin üzünə həmişə açıq olacayıq, əməkdaşlıq edəcəyik”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000