• şənbə, 27 Aprel, 07:33
  • Baku Bakı 12°C

"Jara" festivalı Rusiya telekanallarında ən yüksək reytinq nümayiş etdirdi

21.09.18 19:31 581
"Jara" festivalı Rusiya telekanallarında ən yüksək reytinq nümayiş etdirdi
Kompleks media və marketinq informasiyasının təqdim olunmasında dünya lideri "Mediascope” 10-16 sentyabr tarixlərində Rusiya telekanallarında musiqi proqramlarının reytinqini açıqlayıb.
Trend-in məlumatına görə, reytinqə bu dəfə də Rusiyanın "Birinci kanal"ında yayımlanmış "Jara” Beynəlxalq festivalı başçılıq edib.

Xatırladaq ki, Bakıda bu il iyulun 26-29-da keçirilmiş "Jara” Beynəlxalq festivalı konsert proqramları "Birinci kanal"da təqdim olunub. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən 250-dən çox müğənni iştirak edib.
banner

Oxşar Xəbərlər