• cümə, 26 Aprel, 22:18
  • Baku Bakı 22°C

"Jara-2018"in möhtəşəm yekunu

30.07.18 10:30 744
"Jara-2018"in möhtəşəm yekunu
Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq axşamları, ulduzların çıxışları ilə "Jara-2018" Beynəlxalq Musiqi Festivalına yekun vuruldu.
Trend-in məlumatına görə, yekununda bütün artistlər səhnəyə çıxaraq festival üçün yeni yazılmış "Azərbaycan" kompozisiyasını ifa ediblər.
Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edirdi. Festival çərçivəsində 120-dən çox artist çıxıb etdi.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
banner

Oxşar Xəbərlər