AZE | RUS | ENG |

İtaliyalı tədiqatçı: "İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Alto Adice modelini təklif edə bilər"

İtaliyalı tədiqatçı:
"İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri Ermənistanla Azərbaycan arasında uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsidir".
 
APA-nın məlumatına görə, bu barədə İtaliyanın "İl Giornale” qəzetində "Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu "İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqaləsində qeyd olunur.
 
Müəllif məqaləsində münaqişənin tarixi barədə danışaraq onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, tarixən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı erməni icmasının bölgənin Ermənistana verilməsi iddiası ilə çıxış etdiyini, bunun Ermənistan tərəfindən dəstəkləndiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini, həqiqi mənada əsl "etnik təmizləmə” həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin saldığını, Avropanın isə buna çarəsiz şəkildə şahidlik etdiyini bildirir.
      
Müəllif yazır ki, Minsk qrupunun üzvü olan İtaliya vaxtilə bu qrupun ilk sədri kimi Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını nəzərdə tutan təcili tədbirlər haqqında vaxt cədvəlini hazırlayıb, təəssüf ki, bu təkliflə məhəl qoyulmayıb. Bu təcrübədən irəli gələrək, İtaliyanın özünün Alto Adice modelini təklif etməklə, münaqişənin həllinə töhfə verə biləcəyini söyləyən müəllif bu həllin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması və paralel olaraq Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa beynəlxalq zəmanətlə erməni azlığının təhlükəsizliyinə təminat verən geniş muxtariyyətin verilməsindən ibarət ola biləcəyini yazır.
 
Bu səbəblərdən müəllif Romanın ATƏT-ə sədrliyinin çoxlu gözləntilər və perspektivlər doğurduğunu vurğulayır. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195