• cümə, 26 Aprel, 04:46
  • Baku Bakı 16°C

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub

18.07.18 09:43 375
İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycana rəsmi səfərə gələn İtaliya prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
APA-nnın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentiİlham Əliyevİtaliya prezidenti Sercio Mattarellanı qarşılayıb.
Prezidentİlham Əliyevvə prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri prezidentİlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
banner

Oxşar Xəbərlər