• cümə axşamı, 28 mart, 19:09
  • Baku Bakı 13°C

“İstiqlal Zirvəsi” layihəsinin təqdimatı keçirilib

24.01.21 14:45 447
“İstiqlal Zirvəsi” layihəsinin təqdimatı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan memarlarının təşəbbüsü ilə "İstiqlal Zirvəsi” layihəsi hazırlanıb.
APA-nın məlumatına görə, bu gün layihənin təqdimat mərasimi keçirilib.
Muxtar Ərturanın rəhbərliyi altında müəllifi olduğu layihəni türkiyəli və azərbaycanlı memar, dizayner və mühəndisləri təqdim ediblər. Qeyd olunub ki, bu, iki dövlət, bir millətin layihəsi, Türkçülüyün rəmzidir.
Novator Muxtar Ərturan deyib ki, bu, Azərbaycan və Türkiyə mühəndislərinin birgə əməyidir.Nəinki səngərdə, döyuşdə, iqtisadi və ticari əlaqələrdə həmçinin memarlıq sahəsində də bir nümunə olaraq bu "Zəfər Muzeyi” gələcək nəsilə dostluğunun, qardaşlığın və birliyin, rəmzi kimi qalacaqdır.Bu, həm də memarlıq sahəsində iki dövlətin memarlarının və mühəndislərinin bir töhfəsidir”.
"İstiqlal Zirvəsi” Azərbaycan bayrağının simvolları – milli atributlarımızdan olan və Türk Dünyası simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz şəkilində, ultramüasir, çoxmərtəbəli bina olmaqla layihələndirilib. Bina paytaxt Bakı şəhərinin ən yüksək yerində nəzərdə tutulub. Şəhidlər xiyabanı, əbədi məşəl və əsas prospektlərdən panoram görüntü açılmaqdadır.
Binanın ətrafında landşaft dizaynı da milli memarlıq ornamentlərimizi əks etməkdədir. Memorial kompleksin Bakı şəhərinin ən yüksək yerində, hər yerdən görünə biləcək məkanda, teleqüllənin qərb istiqamətinə yerləşdirilməsi nəzərdə tutulur. Muxtar Ərturan nəzərə çatdırıb ki, teleqüllənin qərb istiqamətin araşdırma da aparıblar və həmin yerin memorial kompleksin yerləşməsi üçün məqbul olduğu qənaətinə gəlinib.
Landşaftın dairəvi formada olmasının səbəbi gələcəkdə8 Noyabr Zəfər marşı üçün Hərbi zirehli texnika və insan kütləsinin (parad) bayram etməsi üçün nəzərdə tutulması ilə əlaqədardır. Layihənin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan Birliyini əks etdirən gerb AzərbaycanınBayrağının üçrəngli simvolları ilə əhatə olunur. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları göstəriləcək və bu, gələcəkdə şəhidlərimizin müqəddəs anım yeri kimi nəzərdə tutulub. Şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq ki, bu da öz növbəsində "ULTRA NEON Conspiracy Hologram” işıqlar sayəsində bərq edəcək.Bu simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan "Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşayiət olunacaq və hər epizoddan sonra 7D formatında odlar yurdunun simvolunu əks etdirən, eyni zamanda şəhidlərimizin əbədixatirəsinəholloqrafik məşəl (BİO) yanacaq. "3D AR Vol Techno " holoqram. 30 metr hündürlüyündə Əbədi məşəl dünyanın ən böyük məşəli olacaq.
Binada Ulu Öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi fəaliyyət göstərəcək.
Xocalı soyqırımı 7D sinema muzeyi – 3D formatında zal xüsusi texnologiyalardan sayılan "Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunacaq, bu zala xüsusi hərəkətli horizontal eskalatrorlar vasitəsi ilə daxil olunacaq. Hərəkətli eskalatrolar üzərində olan insanlar 1 dəqiqə müddətində bu zaldan keçəcək. Müasir "AR” texnologiyası sayəsində zala daxil olan insanlar Xocalı hadisələrini 1 dəqiqə ərzində canlı olaraq izləyəcək. İnsanlığa qarşı törədilmiş cinayət "REAL TİME” vizual qrfika vasitəsi ilə izləniləcək. Bu layihə bir yenilik olmaqla həm ölkə vətəndaşları, həm də əsasən xarici turistlər üçün nəzərdə tutulub.
20 yanvar qətliamı 7D sinema muzeyi 3D formatında zal olacaq. Xüsusi texnologiyalardan sayılan "Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş bu zala xüsusi hərəkətli horizontal eskalatrorlar vasitəsi ilə daxil olunacaq. Hərəkətli eskalatrolar üzərində olan insanlar 1 dəqiqə müddətində bu zaldan keçəcək. Müasir "AR” texnologiyası sayəsində zala daxil olan insanlar 20 yanvarhadisələrini 1 dəqiqə ərzində canlı olaraq izləyəcək. İnsanlığa qarşı törədilmiş cinayəti "REAL TİME” vizual qrfika vasitəsi ilə izləniləcək. Bu layihə bir yenilik olmaqla həm ölkə vətəndaşları, həm də əsasən xarici turistlər üçün nəzərdə tutulub.
7D sinema Zəfər muzeyi 3D formatda zaldan ibarət olacaq. Bu zal Milli Qəhrəmanlarımıza və onların göstərdiyi şücaətə həsr edilib. Son texnoloji yenilik olan "7 D Sinema”və"Volum.Techno Table Fused hologram” sayılan bu texnoloji yenilik vasitəsi ilə şəhid olmuş Milli qəhrəmanlarımızın 3D vizual Holoqram görüntüləri ilə hər kəs canlı tanış olacaq. Həmçinin xalq öz qəhrəmanlarını yaxından canlı olaraq tanıyacaq və "Real Time” izləyəcək.Bu formatlı layihə dünyada bir yenilikdir. Hər bir Milli Qəhrəmanın 3 D formatında tam animasiyalı, hərəkətli görüntüsü yaradılacaq ki, canlı insandan seçilməyəcək dərəcədə real müşahidə ediləcək. Həmçinin xüsusi texnologiya və "İnteraktiv vizualization and vioice Tablo” vasitəsi ilə Milli Qəhrəman ilə tanış olan hər bir kəs onun haqqında vizual və səsli məlumatları alacaqdır.
İstiqlal tariximizi əks etdirən Smart Muzeyi 1918-ci ildən İstiqlalımızın zirvəsi olan, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində tarixi qələbəmizə qədər hadisələri özündə əks etdirən bir muzeydir. Muzey elektron və vizual tablolarla təchiz edilib. Smart voice Tablo hər bir qonağa konkret eksponat barədə sərbəst məlumat verəcək, insansız çalışacaq.
Layihədə müstəqillik tariximizi və İstiqlal tariximizi əks etdirən Smart kitabxana, səsli və vizual görüntülərlə təchiz olunmuş müasir dünya tələblərini özündə əks etdirə smart rəsm qalereyası nəzərdə tutulub.
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Mərkəzi olacaq. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və fərqli təyinatlı otaqlar yerləşəcək. Hərbi Sənaye Muzeyi "Dəmir Yumruq” əməliyyatının Zəfərlə başa çatdırılmasında mühüm rol oynamış hərbi texnikalarımızı və hərbi sənayemizi əks etdirən sərgi zalıdır.
Layihədə nəzərdə tutulan 7 D Sinema zalları istiqlal mücadiləmizi əks etdirən filmləri nümayiş etdirmək üçün zallardır.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
"Zəfər Muzeyi” layihəsinin konsepsiyasə ilə bağlı daha ətraflı məlumat almaq üçün:
+994 50200 51 21
banner

Oxşar Xəbərlər