AZE | RUS | ENG |

İsrailli məşhur dramaturq İdo Netanyahu Qırmızı qəsəbədə olub

İsrailli məşhur dramaturq İdo Netanyahu Qırmızı qəsəbədə olub
Qırmızı qəsəbə dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə nadir və gözəl məkandır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, israilli məşhur dramaturq, İsrail Dövlətinin Baş nazirinin qardaşı İdo Netanyahu bu fikri dekabrın 21-də Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədə olarkən söyləyib.
İsrailli məşhur dramaturq İdo Netanyahunun Azərbaycana səfərində onu müşayiət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bildirib ki, Quba rayonundakı Qırmızı qəsəbə Azərbaycanın fəxridir. Arye Qut deyib: "Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayırlar. Onları ortaq tarix və ortaq tale birləşdirir. Azərbaycan həmişə əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi olub və bu gün də belədir. İsrail ilə Azərbaycan arasında etimada əsaslanan siyasi dialoq ən yüksək səviyyədədir. Bunun üçün ciddi iqtisadi əsas var – iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,7 milyard dollara bərabərdir. Lakin İsrail-Azərbaycan münasibətlərində ən başlıca məsələ bu münasibətlərin çox mühüm tərkib hissəsi olan insan amilidir. Mən deyərdim ki, bu amil ikitərəfli münasibətlərin təməl daşlarından biridir”.
İdo Netanyahu Qırmızı qəsəbə ilə tanışlıq zamanı vurğulayıb ki, Azərbaycanın bu gözəl guşəsində dağ yəhudilərinin adət-ənənələrinin qorunub saxlanması təqdirə və hörmətə layiqdir. İsrailli dramaturq deyib: "Azərbaycan rəhbərliyi tərəfindən yəhudi icmasına göstərilən diqqəti və qayğıkeş münasibəti çox yüksək qiymətləndirirəm. Bu, dünyada dialoq və qarşılıqlı anlaşma nümunəsi ola bilər”.
Məşhur israilli dramaturq Qırmızı qəsəbədəki iki sinaqoqa və tikilməkdə olan Dağ Yəhudiləri Muzeyinə də baş çəkib.
Qeyd edək ki, İdo Netanyahu Azərbaycana səfərinin əsas məqsədi onun "Məna axtarışında” adlı pyesinin premyerasında iştirak etməkdir. Pyesdə Holokost dəhşətlərini görmüş, dörd ölüm düşərgəsində salamat qalmış və psixologiyada loqoterapiya adlanan yeni istiqamət yaratmış məşhur psixoloq, görkəmli alim Viktor Frankldan bəhs olunur.
Vurğulamaq lazımdır ki, Franklın "Psixoloq cəza düşərgəsində” adlı kitabı XX əsrin ən maraqlı kitablarının siyahısına daxildir. Azərbaycanın tanınmış rejissoru İlqar Safat tərəfindən quruluş verilmiş tamaşada Azərbaycanın Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, habelə gənc artistlər Rumiyyə Ağayeva və Azər Aydəmir iştirak edəcəklər.
Tamaşanın premyerası dekabrın 22-də saat 19:30-da Beynəlxalq Muğam Mərkəzində olacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6306
GBP 1 1 İngiltərə funt sterlinqi 2.209
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.675
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2915