• cümə, 26 Aprel, 16:04
  • Baku Bakı 23°C

İsmayıllıda Baba Vəziroğlunun yubileyi qeyd edilib

09.06.14 14:05 1035
İsmayıllıda Baba Vəziroğlunun yubileyi qeyd edilib
Tanınmış şair, çox sayda sevilən mahnıların söz yazarı, “Humay” mükafatı laureatı, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 60 illik yubileyi qeyd edilib. Kaspi.az-ın məlumatına görə, tədbir şairin doğulub-böyüdüyü İsmayıllı rayonunnda keçirilib.
Saleh Bağırovun aparıcılıq etdiyi mərasimdə çıxış edərək təəəsüratlarını və hislərini bölüşüb: “ Bilmirəm 60 yaş hardan gəlib?! Bunun 58 ilini danışıram, yazıram, düşünürəm. Bu günsə sizləri dinləmək istəyirəm. Adətən belə günlərdə insana təriflər edirlər. Lakin mən bu gün sizin tənqidlərinizi də eşitmək istəyirəm. Əgər deyər verən olmasa, heç nəyin dəyəri olmayacaq. Dəyər verduyiniz üçün çox sağ olun”.
Şair mərasimə “Məndən bir də olmayacaq” şeri ilə başlayıb və tədbir boyu şerlərindən nümunələr səsləndirib.
Yubiley tədbirində xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz, Elnur B. Vəziroğlunun sözlərinə bəstələnən mahnıları ifa etdilər. Rejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov, Azərbaycan Respublikası “Qızıl Aypara və Qızıl Xaç Komitəsi”nin prezidenti, bəstəkar Novruz Aslan şair haqqında fikirlərini bölüşüblər.
Tədbirdə iştirak edən müğənni Yaşar Cəlilov B.Vəziroğlunun sözlərinə Kamalın bəstələdiyi yeni “Ulduzlu gecə” mahnısını ifa edib. Bu həm də kompozisiyanın televiziyada ilk səslənməsi olub. Mahnını tamaşamılara şair özü təqdim edib: “Bu gün yeni bir mahnımızı da eşidəcəksiniz. Mahnı “Ulduzlu gecə” adlanır. Sözləri bəndəniz, musiqisi Kamal müəllimə məxsusdur. Bu mahnını cavan və istedadlı müğənniyə həvəla etdik. Yaşar Cəlilovun ifasında “Ulduzlu gecə”ni dinləyin”.
https://www.youtube.com/watch?v=nj-WXzayT_U
banner

Oxşar Xəbərlər