AZE | RUS | ENG |

İsfar Sarabski Fransa cazsevərlərinin qəlbini fəth edib

İsfar Sarabski Fransa cazsevərlərinin qəlbini fəth edib
Ölkəmizin Fransadakı səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin Parisdə konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertin tamaşaçıları arasında xarici ölkələrin səfirlərin, diplomatlar, tanınmış musiqiçilər, cazsevərlərlə bərabər, Fransanın aparıcı musiqi prodüserləri də olublar.

Azərbaycanlı pianoçunu zərb alətində Patrick Goraguer və bas gitarada Maurizio Congiu müşayiət ediblər.

Konsertdə İsfar Sarabskinin "G-Man”, "The Egde”, "Prelude”, "Liıping Stranger”, "Planet” bəstələri, eləcə də John Coltranenin "Giant Steps” və Oscar Levantın "Blame it on my youth” standart caz nümunələri ifa olunub.

İstedadlı pianoçu caz, klassik və Azərbaycan milli musiqisinin ritmlərini birləşdirərək öz kompozisiyasını təqdim edib. İ. Sarabskinin melodiya və ritmi ilə fərqlənən caz musiqisi peşəkarlar və cazsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Konsertdən sonra fransalı cazsevərlər konsertlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

Beynəlxalq Vəkillər Kollegiyasının üzvü, vəkil Evelyne Stirn: "Ölkənizi, onun mədəniyyətini Parisdə fəaliyyət göstərən "Ulduz” Assosiasiyasının prezidenti Aytən Muradovanın sayəsində tanıdım. Azərbaycan mədəniyyətinə, musiqisinə heyranam. Vəkil olmağıma baxmayaraq, musiqini çox sevir və özüm də mahnı ifa edirəm. Bu axşamkı konsertdən xüsusi zövq aldım. Gənc bir pianoçunun belə istedada malik olması, onun ifası məni heyran etdi. Bu gənc pianoçu Azərbaycanın tarixini xatırlatdı, əsrlərlə qurub-yaradılan mədəniyyətin xoş gələcəyindən xəbər verdi. Sarabski bir daha göstərdi ki, Avropa bölünməzdir, Azərbaycan da onun bir hissəsidir”.

Vaxtilə nazir və dövlət katibi olmuş Olivier Stirn: "Mən Fransa siyasətçisiyəm. Beş prezidentlə işləmişəm. Hazırda siyasi fəaliyyətimi Prezident E.Makronla davam etdirirəm. Azərbaycan ən yaxşı davamlı inkişaf edən ölkədir. İqtisadiyyatının bütün sahələri, xüsusilə də son illər turizm, kənd təsərrüfatı sürətlə inkişaf edir. Perspektivli gənc ölkəniz var. Çox şadıq ki, Azərbaycan Avropanın bir hissəsidir. Bu gün dinlədiyimiz istedadlı pianoçu kimi gənclərinizin timsalında ölkənizin böyük gələcəyi var. Konsertdən çox məmnun oldum. Xüsusi zövq aldım”.

Digər cazsevərlər - Aouatef və Shopie də təəssüratlarını bölüşərək, istedadlı gənc pianoçu İsfar Sarabskinin ifasına heyran qaldıqlarını, onun xüsusi istedada malik olduğunu və tezliklə bütün Avropada tanınmış musiqiçilərdən biri olacağına əminliklərini bildiriblər. Diqqətə çatdırıblar ki, onlar Azərbaycan muğamını və milli musiqi alətlərimizi çox bəyənirlər. İsfar Sarabski kimi istedadlı gənclər mədəniyyətimizi və musiqimizi xaricdə uğurla təmsil edirlər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6355
GBP 1 İngilis funt sterlinqi 2.2393
TRY 1 Türk lirəsi 0.2990
KWD 1 Küveyt dinarı 5.6110
SEK 1 İsveç kronu 0.1905
EUR 1 Avro 1.9649
CHF 1 İsveçrə frankı 1.7146
USD 1 ABŞ dolları 1.7000