• şənbə, 27 Aprel, 06:10
  • Baku Bakı 12°C

“İndi başlayacaqlar Emin Hüseynovu qəhrəman etməyə...”

24.06.15 12:35 1222
“İndi başlayacaqlar Emin Hüseynovu qəhrəman etməyə...”
Novruz Məmmədov: “CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə Emin Hüseynovu tapıb, söhbət etmək olub”
“CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə Emin Hüseynov adlı birisini tapıb söhbət etmək olub”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
“Gördünüz CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir?! Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazanıb. Nəhayət həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr edib. CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu olub. İndi başlayacaqlar, Emin Hüseynovu qəhrəman etməyə. Amanpura isə Nobel mükafatı düşür” - deyə, N. Məmmədov qeyd edib.
banner

Oxşar Xəbərlər