• cümə, 26 Aprel, 06:59
  • Baku Bakı 12°C

“İncilər” media qrupundan yeni xəbər var

30.05.14 16:54 1283
“İncilər” media qrupundan yeni xəbər var
Strategiya.az-ın məlumatına görə, Xəzər televiziyasında yayımlanan “İncilər” verilişinin aparıcısı dəyişilib. “İncilər”in direktor müavini Nicat Abbasov mətbuatda gedən informasiya ilə əlaqədar Strategiya.az-a məlumat verib. O bildirib ki, mediada yayılan xəbərlər tam olaraq həqiqəti əks etdirmir. Belə ki, “İncilər”in aparıcısı Arzu Həmzəyevanı bundan sonra Samirə Rüstəmova əvəz edəcək. “İncə sənət” verilişini isə əvvəlki kimi Nana Hüseynova aparacaq. Qeyd edək ki, mediada hər iki verilişin aparıcısının dəyişildiyi barədə xəbər yayılmışdı.
banner

Oxşar Xəbərlər