• şənbə, 27 Aprel, 08:15
  • Baku Bakı 12°C

İmişlinin Sarıxanlı kəndində müharibə şəhidləri anılıb

08.05.15 12:54 1788
İmişlinin Sarıxanlı kəndində müharibə şəhidləri anılıb
İmişli rayonunun Sarıxanlı kəndində 9 May – Qələbə Gününün 70-ci ildönümü münasibətilə tədbir keçirilib. AZADİNFORM xəbər verir ki, tədbir “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Vüqar Muradov tərəfindən təşkil olunub.
Tədbirdə kənd ağsaqqalları, müəllimləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Qəhrəmanlıq tariximizə səyahət xarakteri daşıyan mərasimdə xatirələr dilə gəlib, yaddaşlar təzələnib. Həm qürur dolu, həm də kövrək notlara köklənmiş tədbirdə çıxış edənlər müharibə veteranlarının, əlillərinin və şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olunmasına toxunaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulayıblar.
Qeyd edək ki, şücaət tariximizə ekskursiya edilən tədbirdə sözə, şerə xüsusi yer verilib. Sarıxanlı kənd 1 saylı orta məktəb şagirdlərinin Vətənimizə, şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirməsi tədbir iştirakçılarının böyük marağına və alqışına səbəb olub. Tədbirin sonunda 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində, həmçinin Qarabağ müharibəsində həlak olanların abidəsi önünə əklillər qoyulub və dualar oxunub.

banner

Oxşar Xəbərlər