• cümə, 26 Aprel, 09:23
  • Baku Bakı 12°C

İlham Əliyev Türkiyə prezidenti və baş nazirini təbrik edib

28.10.16 18:39 1090
İlham Əliyev Türkiyə prezidenti və baş nazirini təbrik edib
Azərbaycan prezidentiİlham Əliyevtürkiyəli həmkarıRəcəb Tayyib Ərdoğanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, əziz qardaşım, qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Türkiyə Respublikası iyulun 15-də Konstitusiyasına, dövlətçiliyinə və demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxaraq müstəqillik və demokratiya yoluna sadiq olduğunu bir daha parlaq şəkildə nümayiş etdirdi və qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmişə Türkiyənin yanında olan Azərbaycan o dəhşətli gecənin bütün ağrı-acısını da, qardaş xalqın zəfərini də Sizinlə birlikdə yaşadı.

Əminəm ki, daim möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi və tərəfdaşlığı, qardaşlıq münasibətlərimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcək.

Belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan prezidenti Türkiyə baş naziriBinəli Yıldırımı da təbrik edib:

"Hörmətli cənab baş nazir, qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Türkiyə bu gün özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanıb. Dövlətçiliyinə qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxması Türkiyənin bir dövlət kimi qüdrətini, eləcə də ölkədəki sarsılmaz dövlət-xalq vəhdətini bir daha əyani şəkildə nümayiş etdirdi.

Azərbaycanla Türkiyəni möhkəm dostluq və qardaşlıq telləri, ortaq mənəvi dəyərlər və həmrəylik birləşdirir. İnanıram ki, ölkələrimizin birliyi və müttəfiqliyi bundan sonra da xalqlarımızın rifahına, qarşıya qoyduğumuz vəzifələrin həllinə, beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimizin möhkəmlənməsinə xidmət edəcək. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və rifah arzulayıram”.
banner

Oxşar Xəbərlər