• cümə, 26 Aprel, 20:32
  • Baku Bakı 22°C

İlham Əliyev Rusiya və Tatarıstan prezidentlərinə başsağlığı verdi

18.11.13 11:18 1125
İlham Əliyev Rusiya və Tatarıstan prezidentlərinə başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: “Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
Dövlət başçısı Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanova da başsağlığı verib. Prezident İ. Əliyev Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbərin onu dərindən sarsıtdığını vurğulayıb.
“Həmin qəzada Sizin oğlunuz İrekin faciəli şəkildə həlak olması haqqında xəbər məni çox kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə dövlət başçısı başsağlığı məktubunda bildirib.
Qeyd edək ki, qəza nəticəsində 50 nəfərin öldüyü açıqlanıb.
banner

Oxşar Xəbərlər