AZE | RUS | ENG |

İlham Əliyev: “Dünya birliyinin əksəriyyəti bizi dəstəkləyir”

İlham Əliyev: “Dünya birliyinin əksəriyyəti bizi dəstəkləyir”
"Azərbaycan son 15 ildə beynəlxalq aləmdə çox böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqeyimiz möhkəmlənir". 
 
APA-nın xəbərinə görə, bunu prezident İlham  Əliyev andiçmə mərasimində deyib. 
 
Azərbaycanın beynəlxalq aləmdə çox müsbət reputasiyaya malik olduğunu vurğulayan İ. Əliyev bildirib ki, dünya birliyinin Azərbaycana böyük rəğbəti var: " Əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Bunun ən bariz sübutu isə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olub. Bu gənc dövlət üçün çox böyük bir nailiyyətdir. Dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir". 
 
İ. Əliyevin sözlərinə görə, Azərbaycan son 15 ildə qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bilib və ikitərəfli münasibətlər indi ən yüksək səviyyədədir: "Qonşu dövlətlərlə heç bir problemimiz yoxdur. Bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Bu da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıb və bu işlək formatlardır. Bu yaxşı münasibətlər regionda sabitliyə öz müsbət təsirini göstərir. Biz beynəlxalq təşkilatlar çərçivəsində çox fəalıq və fəal işləməyə də davam edəcəyik". 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170