• şənbə, 27 Aprel, 03:49
  • Baku Bakı 14°C

İlham Əliyev: “Bakıda 300-dən artıq çoxmərtəbəli bina tikilir”

10.04.17 15:50 1031
İlham Əliyev: “Bakıda 300-dən artıq çoxmərtəbəli bina tikilir”
"Bu il inşaat sektorunda canlanma müşahidə edilir”.APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevNazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı deyib ki, ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: "Bakıda yeni 300-dən artıq çoxmərtəbəli bina tikilir, minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində istismar müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan şəxslərə ya kompensasiyalar ödənilir, yaxud kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu proses artıq geniş vüsət alıb. Mikrorayonlarla bağlı da layihə icra ediləcək. Binaların birinci mərtəbələrində uşaq bağçaları inşa edilməlidir. Bu yolla da uşaq bağçası problemi həll ediləcək”.
banner

Oxşar Xəbərlər