• şənbə, 27 Aprel, 02:06
  • Baku Bakı 14°C

İlham Əliyev AŞPA sədri və AŞ-nın baş katibi ilə görüşüb

24.06.14 10:18 1256
İlham Əliyev AŞPA sədri və AŞ-nın baş katibi ilə görüşüb
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA sədri xanım Ann Brassörün dəvəti ilə həyata keçirilən səfər zamanı dövlət başçısı ilk olaraq AŞPA sədri ilə görüşüb. O, Avropa Şurasına gələn yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulmuş Şərəf Kitabçasına öz ürək sözlərini yazıb.
Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və AŞPA-nın baş katibi Voyçek Savitski iştirak ediblər.
Daha sonra AŞ-nin baş katibi T. Yaqlandla görüş başlayıb./apa/
banner

Oxşar Xəbərlər