• şənbə, 27 Aprel, 07:09
  • Baku Bakı 12°C

İ.İbrahimli: “Müsavatda narazılardan ibarət böyük bir ordu yaranıb”

31.03.15 15:04 912
İ.İbrahimli: “Müsavatda narazılardan ibarət böyük bir ordu yaranıb”
“Müsavat Partiyasında yaranmış gərginliyin əsas səbəblərindən biri qurultayda baş vermiş pozuntular olsa da, digər səbəb kimi partiya rəhbərliyində uzun müddət davam edən daxili mübarizəni göstərməmək mümkün deyil. Ötən müddət ərzində Müsavat Partiyasında indiki başqandan narazılardan ibarət böyük bir ordu yaranıb”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri İbrahim İbrahimli söyləyib.
İ. İbrahimli deyib ki, qurultaydan 6 ay keçməsinə baxmayaraq, partiyadaxili gərginlik hələ də davam edir və son günlər bu gərginliyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı - Müsavat qarşıdurması kimi təqdim etmək yönündə cəhdlər olunur: “Çox təəssüf ki, qarşıdurmanın yaranmasının və belə davamının səbəblərini araşdırmaq, onu aradan qaldırmaq əvəzinə qısa müddətdə partiyanın sıravi üzvlüyündən yüksək vəzifələrə gətirilənlərin qoyduqları şərtlərə əsasən partiyada danılmaz xidmətləri, cəmiyyətdə nüfuzu olan insanların cəzalandırılması davam edir. Müsavatda fikir ayrılığının cəza ilə aradan qaldırılmasının mümkün olmayacağı, atılmış istənilən sərt addımların isə əks-effekt verəcəyi şübhəsizdir. Sıravi üzvdən tutmuş Məclis sədrinədək hamı partiyanın adından danışır, halbuki partiyanın adından başqan və ya onun sözçüsü danışa bilər. Acınacaqlı hal odur ki, başqalarını nizamnaməni pozmaqda ittiham edərək partiyadan çıxaranlar indi özləri onu açıq-aşkar pozmağa çağırışlar edirlər. Ötən müddət ərzində indiki başqandan narazılardan ibarət yaranan ordunu cəzalandırmaqla onların rəhbərliyin legitimliyini qəbul edəcəyinə ümid etmək sadəlövlük olardı. Yaxşı olardı ki, Müsavat rəhbərliyi problemin həllinə yönəlik baxışlarında köklü dəyişikliklər etsin”.
banner

Oxşar Xəbərlər