• cümə, 26 Aprel, 07:57
  • Baku Bakı 12°C

Hüseyn Dərya üçün çox az miqdarda pul yığıldı

08.04.14 13:56 1494
Hüseyn Dərya üçün çox az miqdarda pul yığıldı
Milli.Az bildirir ki, repçi Hüseyn Dəryanın böyük səs-küyə səbəb olan, günlərlə danışılıb bitməyən ölümündən sonra fanatları onun üçün nə isə etmək qərarına gəliblər.
Mərhumun yasını keçirmək, eləcə də, qalan arxivini bir araya toplamaq üçün maddi köməyə ehtiyac olub.
Bunun üçün reperin əşyalarının satılması qərara alınıb. Lakin fanatlar buna etiraz edərək əşyaların satılmamasını istəyib, əvəzində bir araya toplaşıb pul yığacaqlarına söz veriblər.
Hüseynin ölümündən günlər ötdükdən sonra hesabda cəmi 50 manat pulun yığıldığı ortaya çıxıb. Yarımçıq qalmış mahnıların bir araya toplanması, eləcə də Hüseyn Dəryanın 40-na yığılacaq pulun bu qədər az olması onun dostlarını məyus edib.
Bu barədə məlumat verən təşkilatçı Samir Xəttab bildirib ki, bundan sonra əgər gözlənilən məbləğ yığılmazsa, hesabın ləğv olunacağı gözlənilir.
“Fanatlar əşyaların satılmasına mane oldular, dedilər ki, özümüz pul yığacağıq. O qədər insan cəmi 50 manat pul yığıb. Məbləğ planlaşdırdığımız işlərin öhdəsindən gəlməyə kömək etmir. Əgər pul yığılmazsa, hesab bağlanacaq”.
banner

Oxşar Xəbərlər