• cümə, 26 Aprel, 17:38
  • Baku Bakı 23°C

Hüseyn Cavidin “İblis” əsəri İstanbulda səhnəyə qoyulacaq

06.11.14 10:26 1328
Hüseyn Cavidin “İblis” əsəri İstanbulda səhnəyə qoyulacaq
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın APA-ya verdiyi məlumata görə, teatrın Bədii Şurasında aparılan müzakirələrin nəticəsi olaraq əsər səhnələşdirilmək üçün səs çoxluğu ilə qəbul olunub: “Bu, mənim üçün tarixi hadisədir. İllərdir bunun xəyalını qururdum. Artıq “İblis” teatrın repertuarındadır. Bütün müsahibələrimdə demişəm ki, bu böyük əsəri uzun illərdir səhnəyə qoymaq üçün çalışmışam”.
M.Abbasova əlavə edib ki, tamaşanın bəstəkarını Azərbaycandan dəvət edəcək: “Dünən Hüseyn Cavidin araşdırmaçısı, Cavidşünas Sona Vəliyeva ilə danışdıq, o da məni dəstəklədi ki, tamaşanın bəstəkarı mütləq Azərbaycandan olmalıdır. Tamaşanın gələn il səhnəyə qoyulması planlaşdırılır. Vaxt bəlli olduqdan sonra aktyor seçiminə başlayacağam”.
banner

Oxşar Xəbərlər