• şənbə, 27 Aprel, 05:50
  • Baku Bakı 14°C

Horadizdə Aprel zəfərinə həsr olunmuş tədbir keçirilir

04.04.19 14:37 473
Horadizdə Aprel zəfərinə həsr olunmuş tədbir keçirilir
Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilir.
Təhsil Nazirliyindən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan Aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.
Tədbirdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, KİV-lərin nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak edirlər.
Tədbir çərçivəsində Horadiz şəhərində ucaldılmış "Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət ediləcək və abidənin yaxınlığındakı ərazidə Aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkiləcək. Həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində görüş keçiriləcək.
banner

Oxşar Xəbərlər