• şənbə, 27 Aprel, 06:09
  • Baku Bakı 12°C

Hoqland: "Prezidentləri və xarici işlər nazirlərini görüşə həvəsləndirməyə davam edirik"

10.01.17 14:30 1138
Hoqland: "Prezidentləri və xarici işlər nazirlərini görüşə həvəsləndirməyə davam edirik"
"ABŞ hökuməti həmsədrlərin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir".
BunuAPA-ya Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib.
Diplomat qeyd edib ki, həmsədrlər tərəflərlə uzunmüddətli həllə gətirib çıxara biləcək istənilən yolla işləməyə hazırdırlar.
"Biz əsas məsələləri, o cümlədən atəşkəs rejiminə hörmət, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılıqları tam həyata keçirmək istiqamətində addımlar atılmasını müzakirə etmək üçün prezidentləri və xarici işlər nazirlərini ilk fürsətdə görüşə həvəsləndirməyə davam edirik", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər