AZE | RUS | ENG |


Hikmət Hacıyev: "Ermənistanın etibarsız, qeyri-ciddi ölkəyə çevrilməsində Nalbandyanın böyük “xidmətləri” var"

Hikmət Hacıyev:
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibəsi
 
- Ermənistan xarici işlər naziri Edvar Nalbandyanın son açıqlamasını necə şərh edərdiniz?
- Edvard Nalbandyanın yubiley əhval ruhiyyəsini pozmaq istəməzdik, belə ki, o Ermənistanda qeyd olunan diplomatiya günündə həmkarları qarşısında öyünməyə çalışaraq Ermənistanın "uğurlu” xarici siyasətindən danışıb. Nalbandyanın nazir statusunda səkkiz illik fəaliyyəti dövründə Ermənistan daha da təcrid olunmuş vəziyyətə düşüb. Ermənistan bu gün etibarsız, qeyri-ciddi və öz mövqeyi olmayan tərəf kimi qəbul olunur ki, nəticə etibarilə bunda da Nalbandyanın "xidmətləri” böyükdür. Ümumiyyətlə, Ermənistanda hakimiyyət başında olan hərbi diktatura rejiminin Ermənistanı sürətli şəkildə fəlakətə və tənəzzülə apardığı hər kəsə, xüsusilə erməni xalqına aydındır.
 
- Nalbandyan ilin sonuna kimi qondarma rejimin ən azı bir dövlət tərəfindən tanınacağına dair proqnoz verir.
- Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsbit olunur və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi bir daha vurğulanır. Ermənistanın Azərbaycana qarşı güc tətbiq edərək işğal və hərbi təcavüz nəticəsində yaratdığı qondarma rejimi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, heç bir dövlət tanımayıb və tanımayacaq. Bu gün təxribatla məşğul olmaq əvəzinə regionda davamlı sülhü təmin etmək üçün Ermənistan münaqişənin həllinə səy göstərməlidir.
 
- Münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesi getdiyi halda, qondarma "referendum”un keçirilməsi, Ermənistan səfirlərinin işğal olunmuş ərazilərə səfəri, Ermənistanın qanunsuz rejimi tanıtmaq cəhdləri, cəbhə xəttində törətdiyi təxribatları nədən xəbər verir?
- Bu, bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın danışıqlar prosesində iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır. Ermənistanın əsl məqsədi işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqının həyata keçirilməsidir. Bir tərəfdən Ermənistan xarici işlər naziri riyakarcasına Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesində iştirakından danışır, digər tərəfdən bu kimi təxribat əməlləri ilə Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini və ümumiyyətlə danışıqlar prosesini pozur. Danışıqlar prosesində irəliləyişin olmamasının səbəbi də bundadır. Azərbaycan dəfələrlə bildirib ki, Ermənistanın cəzasızlıq sindromuna son qoymaq və münaqişənin tezliklə həlli məqsədilə danışıqlarda ciddi surətdə iştirak etməsi üçün Ermənistana zəruri siyasi-diplomatik təzyiqlər göstərilməlidir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001